Laboratoriyamızın xidmətləri, analiz prosesi və imkanları haqqında sualların cavablarını burada tapa bilərsiniz.
Laboratoriya kimyəvi və toksikoloji müayinələr aparır: ağır metallar, pestisidlər, narkotik maddələr, dərman preparatları, uçucu zəhərlər, immunosupressantlar və karbonmonoksid analizi daxil olmaqla.
Metodların validasiyası, avadanlığın mütəmadi kalibrlənməsi və beynəlxalq qəbul olunmuş keyfiyyət prinsiplərinin tətbiqi ilə.
Laboratoriya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 12 nömrəli qərarı ilə yaradılmışdır.
Kimyəvi və toksikoloji müayinələrin aparılması istiqamətində ölkə ərazisində fəaliyyət göstərən, laboratoriyaların yeni diaqnostik imkanlardan istifadəsinə metodiki və təcrübi dəstək göstərərək istinad laboratoriyası qismində çıxış edir.
Nümunə göndərmək və ya xidmətlər haqqında məlumat almaq üçün +994 12 594 30 75 nömrəsinə zəng edin və ya [email protected] ünvanına e-mail göndərin.
11 sentyabr 2024-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 12 nömrəli qərarı ilə yaradılıb.
Əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi, kimyəvi-toksikoloji laborator müayinələr aparmaq və istinad laboratoriyası qismində çıxış etmək.
Konstitusiya, Mülki Məcəllə, müvafiq Qanunlar, beynəlxalq müqavilələr və Nizamnamə əsasında fəaliyyət göstərir.
Bəli, təhsil müəssisələri ilə müqavilə əsasında tibb mütəxəssislərinin hazırlanması üçün klinik baza kimi istifadə oluna bilər.